Şahmat
"Ştefan Svayqın ən məşhur novellası “Şahmat” insan şüurunun siyasi təzyiq ucbatından necə haçalandığını, ikiləşməyə məruz qaldığını açıq-aşkar göstərən və insanı dərindən sarsıdan bənzərsiz əsərdir. Usta yazıçı bu kiçikhəcmli əsərdə XX əsr Avropa mədəniyyətinin süquta uğradığını – Hitleri simvolizə edən Çentoviç kimi küt, lovğa bir adamın şahmat üzrə dünya çempionu olması – və ümumilikdə həmin dövrdə dünyada hökm sürən müharibə və zorakılıq ab-havasını – doktor B.-nin amansız şəkildə təcrid edilərək dəliyə çevrilməsi – mahiranə şəkildə əks etdirir.
Dünya ədəbiyyatının, bəlkə də, ən vahiməli və başgicəlləndirici səhnələrindən biri doktor B.-nin şahmatla zəhərlənmiş dünyası…
Далее
На сайте электронной библиотеки Litportal вы можете скачать книгу Şahmat в формате fb2.zip, txt, txt.zip, rtf.zip, a4.pdf, a6.pdf, mobi.prc, epub, ios.epub, fb3. У нас можно прочитать отзывы и рецензии о этом произведении.

